Hadisə İstanbulda baş verib.

Metbuat.az xəbər verir ki, balaca bir uşaq, evin açıq olan şüşəsinə çıxaraq aşağı sallanmaya başlayıb. Ətrafda vəziyyəti görən vətəndaşlar kiçik uşaq üçün səfərbər olublar.

Evin digər pəncərəsinə çıxan və uşağının aşağıya düşmək üzrə olduğunu görən ana sürətlə şüşəyə doğru qaçdı. Ancaq bu zaman pəncərədən sallan olan uşaq vətəndaşların səsləri arasında aşağı düşüb.

Şüşənin dərhal altında gözləyən həssas vətəndaşlar balaca uşağı yerə düşmədən havada tutublar.

Bütün baş verənlər bir vətəndaş tərəfindən mobil telefon kamerası ilə saniyə saniyə çəkilib.

Xərçəngə çarədir