İrəvan Şəhər Şurasının bu gün keçirilən iclasında dava
düşüb.
Publika.az “news.am”-a istinadən xəbər verir ki, “Yerkir
Tsrina” fraksiyasının üzvləri İrəvanın Nubaraşen rayonunda yayılan
pis qoxulara etiraz olaraq, iclasa kanalizasiya suyu ilə doldurumuş
qablar gətiriblər.
Fraksiyanın üzvü Marina Xaçatryan kanalizasiya suyu ilə dolu olan
qablardan birini İrəvan meri Taron Markaryana vermək istəyib. Bunu
görən hakim Respublika Partiyasının üzvləri yerlərindən qalxaraq,
ona mane olmağa çalışıblar. Qarışıqlıqda kanalizasiya suyu mer
Markaryanın masasının üzərinə dağılıb.
Bunu görən hakim partiya üzvləri “Yerkir Tsrina” fraksiyasının
üzvlərinə hücum ediblər. İclasda əlbəyaxa dava başlanıb, Marina
Xaçatryan bir neçə şillə zərbəsi alıb.
İclas yarımçıq kəsilib, hazırda polislər “Yerkir Tsrina”
fraksiyasının üzvlərini salondan çıxarmağa çalışır.
Asif