Toyuna 4 gün qalanda nişanlısını öldürən qız

Türkiyədə toyuna 4 gün qala mübahisə etdiyi nişanlısını öldürən qız hakim qarşısına çıxarılıb.

Metbuat.az "Milliyet"ə istinadən xəbər verir ki, 8 ay əvvəl mübahisə etdiyi nişanlısı Əli Ayberk Kahvecini tək bıçaq zərbəsiylə öldürdüyü iddia edilən Ayşenur Yılmazın "Haqsız təhrik altında qəsdən öldürmək" cinayətindən 18 ilə qədər həbs tələbi ilə mühakimə olunmasına başlanıb.

Məhbus müqəssir Ayşenur Yılmaz, "Mən Əli Ayberki çox sevirdim. Xəyallarımız vardı. Öldürmək kimi bir məqsədim yox idi" deyib.

Bakırköy 16-ci Ağır Cəza Məhkəməsində baxılan məhkəmə iclasında məhbus müqəssir Ayşenur Yılmaz və vəkilləri iştirak edib. Müttəhim Ayşenur Yılmaz, Əli Ayberk ilə 1,5 ildir nişanlı olduğunu söyləyərək "Nikahımıza 4 gün qalmışdı. Evimizi yerləşdirmişdik. Hadisə günü də telefonda danışarkən mənə çığırdı. Niyə telefonu açmırsan, baxmırsan - dedi. Məndə sakit olmasını istədim. Mənə dəfələrlə ağır söyüşlər söydü. Mən də telefonu bağladım. Daha sonra zəng elədi. Ancaq telefonu açmadım. Evdə yalnız əmioğlum F.A. Vardı. Əli evə gəldi. Mənə hücum edib məni döydü. Əmioğlum F.A. Araya girməyə çalışdı, amma bacarmadı. Mən o arada mətbəxə doğru qaçdım. Burada tozsoranın çubuğu ilə başıma doğru vurarkən əlimi qaldırıb mane oldum. Üzərimə doğru gəlməyə davam etdi. Mən də bu sırada mətbəx stolu üzərində olan bıçağı əlimə aldım. Ancaq bu bıçağı sağa, sola yelləmədim. Əli Ayberkdən soruşdum ki, "məni öldürəcəksən?" Mənim üzərimə çullandığı zaman bıçaq ona batıb, mən bunu hiss etməmişəm. O, bıçağın batdığını söyləyəndə hər şeyi başa düşdüm" deyib.

İddianamədə şübhəli Ayşenur Yılmazın "Haqsız təhrik altında qəsdən öldürmək" cinayətindən 12 ildən 18 ilə qədər, həbssiz şübhəli F.A.nın isə "Cinayət dəlillərini məhv etmə, gizlətmə və ya dəyişdirmə" cinayətindən 6 aydan 5 ilə qədər həbs cəzası çəkməsi tələb olunur.

Tural İsmayılov/ Metbuat.az

Buna da bax, maraqlıdır!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR