Yetkinlik yaşına çatmayan uşaqların internet asıllığı tez-tez müzakirə olunur.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, Braziliyada yeddi yaşında bir qız uşağının ölümü internetdə gedərək yayılan "cəsarət videoları" bağlı narahatlıqları artırıb.

İstifadəçilərin bir-birilərinə meydan oxuduqları və öz etdiklərini təkrar etməyə təşviq edən bu videolar xüsusən, bu çətinlikləri gözə alıb cəsarətlərini test etmək istəyən uşaqlar arasında yayılır.

İnternetdə gördüyü videodan təsirlənib içinə dezodorant çəkən Adrielly Gonçalves ani ürək çatışmazlığı ilə Sao Pauloda yatdığı xəstəxanada ölüb.

Bir yaxını "Facebook" statusunda Adriellynin "Youtube"da izlədiyi bir videodan təsirlənib dezodorantı içinə çəkərək öldüyünü bildirib.

Tural İsmayılov/ Metbuat.az

Bitkoin bahalaşır