Albaniyanın prezidenti İlir Meta Azərbaycana səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, o, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək.

Albaniya prezidentinin VI Qlobal Bakı Forumunda Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunmuş panel müzakirələrdə iştirakı gözlənilir.