Sosial şəbəkələrdə xarici ölkələrin birində çəkilən oğurluq anındakı olay böyük maraqla qarşılanıb.
Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, oğurluq üçün gələn iki nəfərdən biri mağazanın şüşəsini qırmaq üçün daş atmaq istəyərkən başına maraqlı hadisə gəlib.
O, səhvən daşı yanındakı dostunun başına atıb.
Həmin hadisənin görüntüləri isə təhlükəsizlik kameralarına düşüb.
Həmin görüntüləri təqdim edirik:
Tural İsmayılov/ Metbuat.az