Adanada küçədə gedən 3 qadına təcavüz etdiyi iddia edilən Adil G.Y-i tutan ətrafdakılar şübhəlini döyərək polisə təslim edib.

Metbuat.az "Milliyet"ə istinadən xəbər verir ki, hadisə10 Fevral günü mərkəz Seyhan Rayonunda şəhərin ən işlək prospektlərindən biri olan Atatürk Küçəsində baş verib.

Adil G, iddiaya görə önündə yeriyən E.T. İlə yanındakı adlarının açıqlanmasını istəməyən 2 qadına həm əllə, həm də sözlə təcavüz edib.

Şoka düşən 3 qadın, qışqıraraq kömək istəyib. Ətrafdakılar Adil G.Y-i tutublar.

Toplaşan onlarla insan, yol kənarında bir binanın yanına apardıqları Adil GşY-i az qala linç etmək istəyiblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

İzdiham Adil G.Y-i gələn polislərə təslim edib.

Qadınların şikayətçi olduğu adam həbs olunaraq həbsxanaya göndərilib.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/898053/ogurluq-esnasinda-dasi-dostunun-basina-atdi.html