Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq “Bavariya” heyətini açıqlayıb.

Publika.az xəbər verir ki, uzun müddətdir zədə səbəbindən yaşıl meydançadan uzaq qalan qapıçı Manuel Neuer bu matçda komandasına kömək edə bilməyəcək.

Onun yoxluğunu isə klubla müqavilə müddəti yenidən uzadılan Sveyn Ulreyx doldurmağa çalışacaq.

Hücum xəttində isə ən həyəcanlı nöqtə yeni transfer Sandro Vaqnerin start heyətində çıxıb-çıxmamağı idi. Siyahıya görə, baş məşqçi Yupp Hyankes yeni oyunçusunu ehtiyat heyətdə saxlamağa qərar verib.

“Beşiktaş”ı qonaq edəcək "Bavariya”nın əsas heyəti belədir:

Sveyn Ulreyx

Yoşua Kimmiç

Yerom Boatenq

Mats Hammels

Devid Alaba

Tomas Müller

Xavi Martinez

Ceyms Rodriqez

Aryen Robben

Robert Levandovski

Frank Riberi

Qeyd edək ki, oyun 20 fevral Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Zümrüd