Rus liqasında yer alan "Chertanovo Moskva" futbol klubunun formasını geyən Stanislav Manayevin təxminən 148 manat dəyərində pulla burnunu sildiyi görüntülər ölkəni qarışdırıb.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, rus futbolçu Stanislav Manayevin pula burnunu silməyinin görüntüləri böyük reaksiya yaradıb.
Təxminən 148 manat dəyərində pulla burnunu silən 19 yaşlı futbolçu hadisənin videosunu "İnstagram"da paylaşıb.
Videoda Stanislav Manayevin "Bu pulu ehtiyacı olan insanlara verə bilərəm, amma verməyəcəyəm, çünki burnum çox axır" dedikdən sonra burnunu pulla sildiyi görünür.
Reaksiyaların ardından video silinib.
Ancaq iradlar artmağa davam edir. Rusiyanın İdman Naziri Pavel Kolobov da hadisə haqqında "Heç şübhə yox ki, sözügedən video bu oyunçunun aşağı təhsil səviyyəsini göstərir. Əminəm ki, bu, ona bir dərs olacaq" deyib.
Tural İsmayılov/ Metbuat.az
http://matbuat.az/news/898616/royadan-daha-bir-cesaretli-addim.html