"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bildirib.
"Bu, doğrudur. Belə bir layihəmiz var. İtaliya tərəfinin razılığı var, Azərbaycan hökumətinin qərarını gözləyirik", - səfir deyib.
O vurğulayıb ki, Azərbaycan tərəfi ilə əməkdaşlığa davam etməyə şadıq: "Kompleksin olduqca vacib olduğunu bilirik. Hesab edirəm ki, italyan ustalarının işi Azərbaycana daha çox turist cəlb olunmasına kömək edəcək."