Mağazanın qarşısında tapdığı 8000 manata yaxın pulu...

Türkiyənin Zonquldak şəhərində maraqlı hadisə yaşanıb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Zonguldakda yaşlı qadın bankdan çəkdiyi müalicə pulunu bir dəftərxananın qarşısında itirib.

Şans əsəri 17 min lirə tapan bir mağaza sahibi anons verib pulu sahibinə təslim edib.

"Pəhləvanlar Məhəlləsi"ndə tək yaşayan, Almaniyadan təqaüdlü, 75 yaşlı Nazifə Gün özəl bir xəstəxanada müalicə olmaq məqsədilə bankdan 17 min lirə pul çəkib.

Pul kisəsinə qoyduğu pulu pencəyinin iç cibinə yerləşdirmək istəyərkən, bank şöbəsinin dərhal yanındakı bir çap kağızı dükanının qabağında yerə salaraq bilmədən yoluna davam edib.

Bankdan pulu çəkdikdən sonra dəftərçəni pencəyinin iç cibinə qoyduğunu deyən Nazifə Gün, "Pul kisəsini cibimin içərisinə qoydum zənn etdim. Mən fərqində olmamışam, yerə düşübmüş. Sol qolum çox ağrıyır. İstanbulda özəl bir xəstəxanaya, həkimə gedəcəyəm. Bu pulu da müalicə etmək üçün çəkdim. Puluma qovuşduğum üçün çox şadam" deyə bildirib.

Tural İsmayılov/ Metbuat.az

Qan qrupuna görə...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR