Macarıstanda yaşayan Türk vətəndaşları "Zeytun budağı" əməliyyatına etiraz edən terror tərəfdaşlarına qarşılıq verib.

Metbuat.az xəbər verir ki, əllərində terror təşkilatı PKK, PYD/ PYG bayraqları ilə terrorçuların başçısı Öcalanın fotoşəkli olan qrupa ən gözəl cavabı Macarıstanda yaşayan türklər, azərbaycanlılar və macar vətəndaşları verib. Etirazçılara qarşı Türk vətəndaşları əllərində Türk bayraqları ilə ilə qarşılıq verib, daha sonra İstiqlal marşı oxuyublar.

30 nəfərlik qrup polis tərəfindən uzaqlaşdırılıb. Türk vətəndaşları isə uzun müddət ərazidə qaldıqdan sonra gediblər.

Aysel Yaqubqızı / Metbuat.az

Meksikada güclü zəlzələ baş verib - SON DƏQİQƏ /VİDEO