QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri tezliklə elan ediləcək 2018-ci il üçün 2-ci qrant müsabiqəsinin mövzularını açıqlayıb.
Lent.az-ın məlumatına görə, bu barədə Şura sədri özünün "Tvitter" səhifəsində məlumat verib.
A. Quliyev qeyd edib ki, 2-ci qrant müsabiqəsinin əsas mövzuları XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəhgəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə aid olacaq.