Ukrayna Çexiyanın Rusiya əleyhinə sanksiyalarını dəstəkləyib

Ukrayna Çexiyanın Rusiya əleyhinə sanksiyalarını dəstəkləyib
14:27 18 Fevral 2018
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Ukraynanın Xarici İşlər Nazirliyi Çexiyanın Rusiya əleyhinə sanksiyalarını dəstəklədiyini bildirib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Martin Stropniçkiy Münhendə ukraynalı həmkarı Pavel Klimkinlə görüşündə deyib.
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Stropniçkiy həmçinin qeyd edib ki, Çexiya Ukraynanın ərazi bütövlüyünü və Kiyevin Avropaya inteqrasiyasını dəstəkləyir.
Qeyd edək ki, Çexiya prezidenti Miloş Zeman Rusiya əleyhinə sanksiyaların əleyhinə olduğunu bildirib. O, ötən ilin noyabrında Rusiyaya səfəri zamanı bu ölkəni və Avropa İttifaqını qarşılıqlı məhdidiyyətlər rejiminə son qoymağa çağırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukrayna-cexiyanin-rusiya-eleyhine-sanksiyalarini-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR