“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB

“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB
13:43 19 Fevral 2018
136 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Valday" diskusiya klubunda "Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun" konfransında deyib.

Onun sözlərinə görə, söhbət Suriyanın müstəqilliyi və ərazi bütövlüyünü saxlamaq ehtiyacından gedirsə, Rusiya bu ölkəni parçalamaq cəhdlərini sakitcə müşahidə edə bilməz.

“ABŞ-ın Suriya torpaqlarında reallaşdırmağa başladığı planlar qorxu yaradır. Amerikalı həmkarlarımız bildirir ki, tək hədəf İŞİD-lə mübarizə və Suriyanın ərazi bütövlüyünün saxlanılmasıdır. Bu təminatlar konkret işlərlə təsdiq edilməlidir. Mən amerikalı həmkarlarımızı odla oynamamağa və öz addımlarını yoxlamağa çağırıram”, - diplomatik idarənin başçısı vurğulayıb.

O qeyd edib ki, ABŞ Suriyada fitnəkar hərəkətlər edir. Lavrovun sözlərinə görə, Vaşinqton bu hərəkətlərə kürdləri də cəlb edir. Nazir bildirib ki, sonuncu addım Türkiyə ilə münasibətlərin gərginləşməsinə gətirib çıxarıb.

Lavrov ABŞ-ın Suriyanın cənubunda yerləşən El-Tanfdan güçlərini dərhal çıxarmalı olduğunu söyləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR