"Şparqalka" keçirməsinlər deyə ayaqqabılarını soyundurdular

Hindistanda maraqlı hadisə yaşanıb.

Metbuat.az TRT-yə istinadən bildirir ki, Hindistanın Bihar ştatında bu həftə keçiriləcək 10-cu sinifə keçmə imtahanlarında şagirdlərin ayaqqabıyla girişləri qadağan olunub.

Yerli mətbuatda çıxan xəbərlərə görə, 10-cu sinifi keçmə imtahanına girəcək 2 milyona yaxın şagirdin imtahan zallarına ayaqqabı əvəzinə tərliklə gəlmələri tələb olunub.

Qadağa ilə tələbələrin, ayaqqabılarına və ya corablarının içində surət kağızlarını gizlətməsinin qarşısına keçiləcəyi güman edilir.

Ötən həftə keçirilən və 1 milyon 200 minə yaxın tələbənin iştirak etdiyi 12-ci sinfi bitirmə sınaqlarında, min tələbənin imtahana "şparqalka" keçirdiyi müəyyən olunmuşdu.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/900728/atv-nin-aparicilari-bu-usaq-ucun-seferber-oldular.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR