Bir müddət əvvəl sosial şəbəkələrdə çeçen əsilli kriminal aləm üzvünün “Lotu Quli” ləqəbli Nadir Səlifovu təhqir etdiyi görüntülər yayılmışdı.

Lent.az-ın Crimetime.ru-ya istinadən məlumatına görə, həmin şəxslə bağlı yeni görüntülər ortaya çıxıb.

Görüntülərdə həmin şəxsin maşında güllələndiyi açıq-aydın görünür. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünür.

Qeyd edək ki, həmin şəxs videoda “Quli”ni təhqir edərək, onu yaxın zamanlarda öldürəcəyi ilə hədələmişdi.

Bildirilir ki, öldürülən şəxs çeçen əsilli kriminal avtoritet, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovun adamıdır. Şeyx Həmzət də öldürülən azərbaycanlı qanunu oğru Rövşən Lənkəranskinin ən yaxın dostlarından biri olub. Hətta Rövşən Lənkəranskinin il mərasimində iştirak edərək, onun qisasını almağa söz verib.

Bir neçə müddət əvvəl sosial şəbəkələr vasitəsilə yayılan videoda çeçen əsilli bir şəxsin Lotu Qulini təhqir etdiyi barədə video görüntülər yayılmışdı. Ehtimal olunurdu ki, həmin şəxs çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovun adamıdır. Kriminal dairələrə yaxın mənbələrdən crimetimeru-ya sensasion video görüntü daxil olub. Həmin görüntülərdə Lotu Qulini təhqir edən şəxsin maşında güllələndiyi açıq-aydın görünür. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünür.