Dollarlar "yağdı", qızıllardan gəlin yeriyə bilmədi

Türkiyədə baş verən toy hamının marağına səbəb olub.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, Şanlıurfada evlənən gənc cütlüyün toyunda dolarlar havada uçuşub, dəvətlilər qızıl taxmaq üçün bir-birilə yarışıb.

Şanlıurfada, İzol tayfasından iş adamı Mehmet İzolun əczaçı oğlu Həsən İzol ilə Ənvər Gülelin əczaçı qızı Xandan Gülel edilən toyla həyatını birləşdirdi.

Bir oteldə təşkil olunan, təxminən 1000 nəfərin iştirak etdiyi toyda, gəlin və bəyin zala girib rəqs etməyə başlaması ilə birlikdə dəvətlilər dollar saçmağa başlayıb.

Gecə boyu gənc cütlüyün və halay çəkənlərin başına atılan dollarlıq əskinaslar dayanmadan səpilib.

Tural İsmayılov/ Metbuat.az

Metroda bunu etmıyin...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR