Sevdiyi qızın ailəsini öldürdükdən sonra bu statusu yazdı - DƏHŞƏT / FOTO

Türkiyədə sevdiyi qadının ailəsini qətlə yetirdikdən sonra canlı yayım açan caninin "Facebook" paylaşımı qan dondurub.

Metbuat.az xəbər verir ki, hadisə Türkiyənin Balıkəsir şəhərində baş verib. 26 yaşlı Əli.S adlı şəxs sevdiyi Gülşən.Ç adlı qızı ailəsindən istəyib. Qızın valideynləri bu evliliyə razılıq verməyib və 2 ailə arasında ədavət başlayıb. Bundan təsirlənən Əli.S evdən 2 ov tüfəngini götürərək qızın evinə basqın edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Polis caninin axtarışına başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR