Dövlət büdcəsi həddindən artıq çox gəldi - Vətəndaşlara 100-300 dollar pul paylanacaq

Sinqapurda maraqlı hadisə yaşanıb.

Metbuat.az "HaberTürk"ə istinadən xəbər verir ki, büdcəsi artıq gələn Sinqapur 21 yaş və 21 yaşdan yuxarı vətəndaşlarına 100 ilə 300 dollar arası bonus ödəyəcək.

"Today Online" qəzetinin xəbərinə görə, Sinqapur hökuməti builki büdcəsinin 9,6 milyard dollar artıq verməsi ilə 21 yaş və üstü vətəndaşlarına bonus ödəmək qərarı alıb.

Buna görə, illik gəliri 28 min dollar olanlar 300, 28 min ilə 100 min dollar olanlar 200, 100 min dollardan artıq illik gəliri olanlar isə 100 dollar bonus alacaq.

Sinqapur 2011-ci ildə də vətəndaşlarına 100 ilə 800 dollar mükafat ödəmişdi.

Tural İsmayılov/ Metbuat.az

Qara görə...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR