ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri sanksiyalarla hədələyib

ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri sanksiyalarla hədələyib
04:47 22 Fevral 2018
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Franc-Press" məlumat yayıb.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-rusiya-ile-boyuk-herbi-sazisler-baglayan-olkeleri-sanksiyalarla-hedeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR