Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin məsul katibi Kuatjan Ualiyevlə görüşüb.

Fonddan Milli.Az-a verilən məlumata görə, görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb. O, Qazaxıstanla əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edərək Fondun məqsədləri və həyata keçiriləcək tədbirlər barədə də geniş məlumat verib.

Kuatjan Ualiyev isə Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib, gələcək layihələrə dəstək olacaqlarını bildirib.

Görüş zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində