Tokioda Şimali Koreya Vətəndaşları Assosiasiyasının darvazası atəşə tutulub

Tokioda Şimali Koreya Vətəndaşları Assosiasiyasının darvazası atəşə tutulub
06:47 23 Fevral 2018
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Cümə günü səhər ultrasağçı təşkilatı təmsil edən iki nəfər Yaponiyada Şimali Koreya Vətəndaşları Assosiasiyası binasının darvazasına atəşə tutub.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, Yosinori Kavamura və Satosi Katsurada adlı şəxslər təşkilat binasına yaxınlaşaraq darvazaya doğru bir neçə dəfə atəş açıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Onlar qanunsuz silah gəzdirmədə şübhəli bilinərək binada növbə çəkən polis tərəfindən saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tokioda-simali-koreya-vetendaslari-assosiasiyasinin-darvazasi-atese-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR