Vaşinqton: Türkiyə ilə münasibətlərimizdən əminik

Vaşinqton: Türkiyə ilə münasibətlərimizdən əminik
07:44 23 Fevral 2018
107 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Vaşinqton və Ankara arasında nisbətən möhkəm müttəfiqlik mövcuddur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert Türkiyənin İran və Rusiyaya yaxınlaşmasından Vaşinqtonun narahat olub-olmamasına dair jurnalistin sualını cavablandırarkən deyib.    

 

“Türkiyə NATO üzrə bizim tərəfdaşımızdır. Türkiyə hökuməti ilə müəyyən fikir ayrılığı var. Lakin biz hesab edirik ki, Vaşinqton və Ankara arasında nisbətən möhkəm müttəfiqlik mövcuddur. Bu təbiidir, onlar digər hökumətlərlə də münasibət qurmaq istəyə bilərlər və biz onlara mane olmayacağıq. Düşünürəm ki, biz Türkiyə ilə münasibətlərimizdən əminik”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR