Qvardiolanın təyyarəsində AXTARIŞ

Qvardiolanın təyyarəsində AXTARIŞ
23:28 23 Fevral 2018
123 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.

Onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.

Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib.

Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi. (apasport.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/232296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR