Rusiyalı idmançı intihara cəhd etdi - Mingəçevirdə

Rusiyalı idmançı intihara cəhd etdi  - Mingəçevirdə
00:49 24 Fevral 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.

 

Lent.az-ın "report"a istinadən xəbərinə görə, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.

 

Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib. Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.

 

Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR