Tramp Şimali Koreyanı TƏHDİD ETDİ: "Çox acımasız olacaq"

Tramp Şimali Koreyanı TƏHDİD ETDİ: "Çox acımasız olacaq"
16:43 24 Fevral 2018
124 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı təhdid etdi.

Publika.az xəbər verir ki, Tramp ABŞ tərəfindən Şimali Koreyaya qarşı qoyulan sanksiyaları genişləndirib. O bildirib ki, əgər qoyulan sanksiyalar işə yaramazsa, biz daha ciddi addımlar atacayıq: "Şimali Koreyaya qarşı sanksiyaların ikinci mərhələsi çox acımasız olacaq. Bizi bütün dünya ölkələrini silkələyəcək, ağır nəticələrə gətirib çıxaracaq bu kartı oynamağa məcbur etməsinlər. Əgər sanksiyalar işləməsə, bütün dünya üçün çox kədərli vəziyyət yaranacaq. Buna görə də, mən ümid edirəm ki, sanksiyalar işləyəcək”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın 56 gəmisinə və gəmiçilik şirkətlərinə ciddi sanksiyaların tətbiq edilməsini tapşırıb. Pxenyana qarşı sanksiyalar isə ötən gün daha da sərtləşdirilib. Bu, eyni zamanda Çinin bir sıra şirkətlərinə də şamil edilib.

Könül


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/232365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR