Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var
19:22 24 Fevral 2018
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron. 24 fevral. REPORT.AZ Bakı-Quba yolunda ağır qəza olub.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.
"Ford" markalı sərnişin avtobusu ilə "Mercedes" toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-quba-yolunda-agir-qeza-olub-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR