"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 622,4 mln. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir.
Növbəti yerlərdə 535,6 mln. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 483,2 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 369 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 90 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 58 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.