"Arsenal"ın baş məşqçisi postunda dəyişiklik edilə bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "topçular"ın hazırkı çalışdırıcısı Arsen Venger yenidən tənqid hədəfinə çevrilib.

Buna səbəb "Arsenal"ın İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə 0:3 hesabı ilə uduzması olub.

Fransalı mütəxəssisin yerinə həmyerlisi və sabiq yetirməsi Tyerri Anrinin gətiriləcəyi bildirilir. Bununla bağlı açıqlama verən keçmiş hücumçu "Arsenal"ın "sükanı arxası"na keçməyə qarşı olmadığını deyib: "Bu, ürəyimcə olardı. Kim istəməz ki, "Arsenal" kimi klubun baş məşqçisi olsun?"

Milli.Az