Cəlilabadda kütləvi dava

Cəlilabadda kütləvi dava olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində baş verib.

Hələlik məlum olmayan səbəbdən düşən dava zamanı həmin kənd sakini, 39 yaşlı Surac Məhərrəm oğlu Məmmədov və onun qardaşı 33 yaşlı Tural Məhərrəm oğlu Məmmədov döyülüb.

Hər iki şəxs dava zamanı aldığı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR