"Barselona"nın sabiq prezidenti Joan Laporta fransalı sabiq hücumçu Tyerri Anrinin "Arsenal" üçün münasib məçqçi namizədi olduğunu düşünür.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon funksioner fikirlərini belə əsaslandırıb:
"Biz Qvardiolanı baş məşqçi təyin edərkən ona qarşı bəzi tələblər irəli sürdük. Anri bu tələblərin çoxuna uyğun gəlir. Tyerrinin "Arsenal"ı sevdiyini bilirəm. O, alicənab, çox ciddi və məsuliyyətli oğlandır. Anri məşqçi olmaq və konkret olaraq "Arsenal"da çalışmaq istəyirsə, bu işin öhdəsindən gələcəyinə əmindir. O, futbolçu olduğu vaxtdan hər sahədə mükəmməlliyə can atır.
Anri futbolçu Pep Qvardiola və Yohan Kruyff səviyyəsində bilir. Belə şəxslərin yaxşı məşqçi olmasına digərləri ilə müqayisədə az vaxt lazımdır. Tyerri klubu, azarkeşləri tanıyır. O, hədəflərinə çatmağa layiqdir. Anrinin yaxşı mütəxəssis olacağına inanıram. Belə xüsusiyyətlərə malik insan uğur qazanmaya bilməz".
Milli.Az