Milli Qəhrəmanın oğlunun vəzifəsi artırıldı

AtaBank ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, bu vəzifəyə Oruc İbrahimov təyin olunub. O.İbrahimov 2012-ci ilin fevral ayından AtaBank ASC-də bank fəaliyyətinə başlayıb.

Bu müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışıb. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib. Bu ilin mart ayından etibarən Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, O.İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR