Bu gün Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.

Publika.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, PUA günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərirmiş.