Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Tura Gəncədə start veriləcək. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Kəpəz"lə "Səbail" xal hesabını artırmaq üçün mübarizə aparacaq. Ardıcıl 7 turdu məğlubiyyətləri sıralayan qərblilər Yunis Hüseynovun rəhbərliyi altında ilk xalını qazanmağa iddialıdı. Mütəxəssisin karyerasındakı 250-ci oyun "Kəpəz" üçün ev sindromunu qırmaq baxımından da zəruridi. Məsələ ondadı ki, gəncəlilər cari mövsümdə evdə xala həsrətdi. Son 5 turda qol buraxan Samir Əliyevin yetirmələri ardıcıl 2-ci qələbəni qazansa, "Neftçi"ylə xal hesabını bərabərləşdirəcək.

İlk oyun gününə Sumqayıtda yekun vurulacaq. Eyniadlı komanda mərkəzi görüşdə çempionatın lideri "Qarabağ"la üz-üzə gələcək. Kubokda rəqibini mübarizədən kənarlaşdıran Samir Abasovun yetirmələri uğurun təsadüf olmadığını təsdiqləmək əzmindədi. Son 4 ilin dəyişməz çempionu isə həmin uğursuzluğun revanşını almağa can atacaq. Mükafatlar uğrunda mübarizəyə qoşulmaq üçün meydan sahibləri mütləq qalib gəlməlidi. "Qarabağ" isə sumqayıtlıların 5 matçlıq məğlubiyyətsizliyini qırmalıdı. Qurban Qurbanovun yetirmələri bunu bacarsa, ardıcıl 3-cü qələbəsini bayram edəcək.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (şənbə)

"Sumqayıt" - "Qarabağ" - 0:0

İlk 2 dövrədəki oyunlar: 1:4, 0:2

Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Asim Xudiyev

Sumqayıt. Şəhər stadionu

"Sumqayıt": 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 36. Süleyman Süleymanov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev

Baş məşqçi: Samir Abasov

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Qerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

"Kəpəz" - "Səbail" - 2:1

Qollar: Dario Federiko, 23 (p.), Tarzin Cahangirov, 49 - Yevgeni Koçuk, 30

İlk 2 dövrədəki oyunlar: 0:1, 2:3

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

"Kəpəz": 22. Sergey Litovçenko, 3. Dedimar Ferreyra, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov, 24. Şadon Vinçester

Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 10. Tural Rzayev, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə, 18. Tural Cəlilov

Baş məşqçi: Yunis Hüseynov

"Səbail": 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Vüqar Nadirov, 5. Kərim Diniyev, 18. Aqşin Qurbanlı, 23. Ayron Stati, 88. Orxan Qurbanlı, 11. Elman Taqayev, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

1

Qarabağ

17

14

2

1

27-6

44

2

Qəbələ

17

11

2

4

31-17

35

3

Zirə

17

9

5

3

26-15

32

4

Sumqayıt

17

8

3

6

22-19

27

5

Neftçi

17

6

2

9

19-19

20

6

Səbail

17

5

2

10

12-24

17

7

Keşlə

17

3

3

11

12-27

12

8

Kəpəz

17

2

1

14

10-32

7

Bombardir: Baqali Dabo ("Qəbələ) - 11 qol

Milli.Az