Səudiyyə Ərəbistanında İLK:

Səudiyyə Ərəbistanının hökuməti ölkə tarixində ilk dəfə krallıq ərazisində qadınlar arasında marafon yarışının keçirilməsinə icazə verib.

Metbuat.az-ın məlumatına görə, qaçış marafonu bu ilin aprelində Məkkədə qapalı məkanda keçiriləcək.

Marafonun baş tutacağı zalın sahibi olan "Əl-Vəhda" klubunun prezidenti Əhməd Teyib deyib ki, bu yarışda daha çox qadının iştirak etməsi əllərindən gələni edəcəklər.

Marafonda 18 yaşından yuxarı zərif cinsin nümayəndələri iştirak edə bilər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, bu ilin fevralın 24-də Səudiyyə Ərəbistanında ilk beynəlxalq marafon keçirilib. Burada 28 min səudiyyəli və digər ölkələrin nümayəndələri iştirak edib. Qalib gələn efiopiyalı idmançı 267 min dollar mükafata sahib olub. Yarışın ən qocaman iştirakçısı 79 yaşlı ərəb olub.

Məlumat üçün bildirək ki, son illərdə Səudiyyə Ərəbistanında qadınlara bir sıra hüquqlar verilib. Bunların arasında futbol matçlarını izləmək, idmanın müxtəlif növləri ilə məşğul olmaq, fitness mərkəzlərdə məşqlər etməyi göstərmək olar. Bununla yanaşı, qadınlar sürücülük vəsiqəsi əldə edə və avtomobildən istifadə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR