Messinin qardaşı rahat dayanmır

Dünyaca məşhur futbolçu Lionel Messinin qardaşının problemləri səngimək bilmir.

Metbuat.az xarici KİV-ə istinadın bildirir ki, Barcelona ulduzu Lionel Messinin qardaşı Matias Messi 3 ayda ikinci dəfə həbs olunub. Argentinada yol qəzası edən Messinin qəzaya qarışan digər maşındakı sürücünü silahla təhdid etdiyi öyrənilərkən maşınında da iki ədəd sirli siqaret olduğu öyrənilib.

Argentinalı futbolçu Lionel Messinin qardaşı Matias Messi üç ay əvvəl keçirdiyi yol qəzası ilə bağlı da həbsdə olmuşdu.

35 yaşlı Messi, Argentinada tətilini davam etdirərkən bir yol qəzası daha edib.

Argentina mediasında yer alan xəbərə görə, Matias Messi qəza sonrasında maşınından enərək Xavyer Rivera adlı sürücüyü silahla təhdid edib. Ancaq polis hesabatlarında maşında silah olmadığı bildirilərkən, iki ədəd sirli siqaret olduğu öyrənilib.

Mövzu haqqında mətbuata danışan Rivera, "Qəzadan sonra maşınımda vəziyyəti görmək üçün maşından çıxdım və birbaşa mənə hücum etməyə gəldiyini gördüm. Qolsuz köynəyimi partlatdıqdan sonra maşınına döndü və silahla geri qayıtdı" deyib.

Tural İsmayılov/ Metbuat.az

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR