İngiltərədə əxlaqsızlığı təbliğ edən veriliş açılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, "Seven Year Switch" adlanan veriliş "Channel 4" kanalında yayımlanacaq.
Verilişdə əxlaqsızlıq təbliğ olunur. Belə ki, Taylanda tətilə göndərilən ailəsi dağılmaq üzrə olan, yola gedə bilməyən cütlüklər yad kişi və ya qadınlarla eyni evi, eyni yatağı paylaşırlar.
Münasibətləri soyuq olan cütlük Taylanda çatanda öz ərlərindən ( arvadlarından ) ayrılıb, heç tanımadıqları kişiylə ( arvadla ) villaya daxil olub, 2 həftə birlikdə yaşayırlar. Onlardan ər-arvad kimi davranması tələb olunur və yatmaq üçün bir cüt çarpayı qoyulub.
Milli.Az ər ( arvad ) dəyişdirmə adlnan verilişdən fotoları təqdim edir:
Emin
Milli.Az