“Məndə olan son məlumata görə, 18 siyasi partiya ötən illə bağlı illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, partiyaların maliyyə hesabatlarını təqdim etməsi prosesi davam edir: “Bu say hər an artır”.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Gülxar