Xanımlar kitab üçün həmrəy oldular - FOTOLAR

Xanımlar kitab üçün həmrəy oldular - FOTOLAR
13:03 8 Mart 2018
Ölkə mətbuatı
A- A+

Qadınlar əsrlər boyu bütün ədiblərin yaradıcılığında ən çox vəsf edilən varlıq olub. Onlara nə şeirlər, nə dastanlar yazılıb!

Amma qadın o qədər gözəl, o qədər nəcib, o qədər sirli, o qədər ağıllı bir varlıqdır ki, onun bütün ruhunu, düşüncələrini tam ifadə etməyə bir ömür belə yetməz. Üstəlik bütün bunlara təhsil, uğur da əlavə edildikdə qadın artıq kamillik zirvəsinə yüksəlir. Əbəs yerə demirlər ki, təhsilli qadın savadlı ailənin və cəmiyyətin əsasıdır!

Cəmiyyətdə uğurlu xanım obrazı daha çox təhsillə və kitablarla assosiasiya olunur. Bunu əsas götürən “TEAS Press” Nəşriyyat Evi ölkənin ən tanınmış xanımlarından 8 nəfərini bir araya gətirərək, onları “Hər bir uğurlu xanımın arxasında oxuduğu kitablar dayanır” adlı sosial layihədə birləşdirmək qərarına gəldi. Müxtəlif peşə sahibləri olan xanımlar nə qədər professional olsalar da kitab oxumağı həmişə ən vacib məsələ sayıblar.

Publika.az xəbər verir ki, layihədə aparıcı Nərgiz Cəlilova, müğənni Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, rəssam Afa Məryəm, aktrisa Mehriban Zəki, yoqa üzrə mütəxəssis İradə Əsədullayeva, ixtiraçı Reyhan Camalova və bu il ölkəmizi “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova kimi tanınmış şəxslər iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/233641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR