ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə razılıq verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Çon In Yon deyib.

"Prezident Kim Çen Inla may ayınadək görüşməyə razılıq verib", - deyə o bildirib.

Çon In Yon əlavə edib ki, Şimali Koreyaya təzyiq davam edəcək Pxenyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək davam edəcək.

Milli.Az