Skandal GÖRÜNTÜ! Nəhəng oranqutan elə bir şey etdi ki...

İndoneziyada nəhəng oranqutanın görüntüləri insanlar tərəfindən narazılığa səbəb olub.

Metbuat.az xəbər verir ki, İndoneziyadakı Bandung Heyvanat Parkında ziyarətçilərin atdığı siqareti alıb çəkən oranqutanın görüntüləri sosial mediada dərc olunub.

Görüntülərin ardından heyvanları qoruma dərnəkləri hərəkətə keçib.

"Animal Welfare Society" heyvanat parkındakı heyvanların qorunması üçün rəsmilərə müraciət edib.

İndoneziyadakı heyvanat parkında görüntüləri çəkən şəxs adını verməyib.

Bandung Heyvanat Parkı, infrastruktur və yaşayış standartları mövzusunda ən pis vəziyyətdəki müəssisələrdən biri hesab edilir.

Buradakı şərtlərin yaxşılaşdırılması çağırışına bir milyondan artıq adam imza verib.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR