Təcili yardım maşını yuvarlandı

Türkiyədə dəhşətli qəza baş verib.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, Ankaranın Keçiörən rayonunda təcili tibbi yardım maşınıyla avtomobil toqquşub.

Qəzada 6 nəfər yaralanıb. Faciəvi qəza anı isə təhlükəsizlik kamerasına düşüb.

Qəza günorta saatlarında Keçiörən rayonunda baş verib. Verilən məlumata görə, Senatoryum Prospekti üzərində naviqasiya halında Keçiörən Təhsil Araşdırma Xəstəxanasına xəstə daşıyan Sinan Yılmazın sürdüyü 06 FY 5450 nömrəli təcili tibbi yardım maşını qovşaqda 34 SG 5048 nömrəli avtomobillə toqquşub. Toqquşmanın təsiri ilə təcili tibbi yardım maşını devrilib. Qəzada hər iki sürücü ilə birlikdə ümumilikdə 6 nəfər yaralanıb.

Yaralılar hadisə yerinə gələn sanitar maşınlarla müalicə edilmək üçün Keçiörən Təhsil Araşdırma Xəstəxanasına aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Həmin görüntüləri təqdim edirik:

Tural İsmayılov/ Metbuat.az

Nəhəng oranqutan elə bir şey etdi ki


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR