2017-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçı zamanı "Barselona" möcüzə reallaşdırmışdı.
Milli.Az xəbər verir ki, katalonların PSJ-ni darmadağın etdiyi həmin möhtəşəm oyunun üzərindən artıq bir il keçib.
İlk oyunda Parisdə 4:0 hesabı ilə məğlub olan "Barsa"nın turu keçəcəyinə heç kim inanmırdı. Lakin onlar əzmin, iradənin hər şeyə qadir olduğunu sübut etdilər.
Düzdür, növbəti turda italyan nəhəngi "Yuventus"a məğlub olacaqlardı, amma yenə də onlar futbolda hər şeyin mümkün olduğunun göstəricisi oldular.
5:1 hesabı ilə davam edən matçın son dəqiqələri idi və Serxi Roberto o anda səhnəyə çıxdı və komandasına lazım olan qolu vurdu. Bununla da "Barselona" tarix yazmış oldu və növbəti mərhələyə adladı.
2016/2017 Çempionlar Liqası 1/8 final - Cavab oyunu
8 mart
"Barselona" (İspaniya) - PSJ (Fransa) - 6:1 (İlk oyun: 0:4)
Qollar: 3.Suarez, 40.Kurjava(öz qapısına), 50.Messi(pen.), 88, 90.Neymar, 90+5.Roberto - 62.Kavani
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
Heyətlər:
"Barselona": Mark-Andre ter Stegen, Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Andres İnyesta (k), Luis Suaes, Lionel Messi, Neymar, Rafinya, Xavyer Maskerano, Samuel Umtiti
PSJ: Kevin Trapp, Tiaqo Silva (k), Markinyos, Marko Veratti, Lukas, Edinson Kavani, Tomas Meunyer, Blez Matyuidi, Layvin Kurzava, Yulian Draksler, Adrien Rabiot
Kamil Abbas
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

