Avtobusda az qalsın faciə baş verəcəkdi

Avtobusun faciəyə səbəb ola biləcək görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, İstanbulda "Avtobus A.Ş"-yə aid xalq avtobusunun E-5 Avtomobil Magistralında sınıq şüşəylə səyahəti az qala faciəyə səbəb olurdu.

Avtobusun arxa şüşəsinin sınmış halda aşağıya sürüşdüyünü görənlər sürücüyə siqnallarla xəbərdarlıq edib.

Sürücü bütün bu xəbərdarlıqlara laqeyd qalaraq, eyni formada yoluna davam edib. Nəticədə qrıq şüşə anidən avtomagistrala düşüb.

Bu zaman yolda naviqasiya halında gedən sürücülər cəld hərəkət edərək şüşəylə toqquşmaqdan son anda xilas olub.

Tural İsmayılov/ Metbuat.az

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR