Pusqu qurub tutdular - Həmin anlar- VİDEO

Türkiyədə mağaza sahiblərinin oğrunu ələ keçirmə görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, Kızıltepe rayonu İpək Məhəlləsi, Əli Ertaş Küçəsində 2 şəxs cehiz və ev əşyası satan bir iş yerini soymaq istəyib.

Vəziyyəti anlayan və daha əvvəl də iş yerinə bir neçə dəfə oğru girən Şeyxmus Ortaç isə oğruların bir daha gələcəyini düşünərək ətrafdakı dükançılarla birlikdə pusquya yatıb.

Qısa bir müddət sonra yenidən iş yerinə gələn oğrular vitrində olan iki yorğanı götürərək qaçmağa başlayıb. Şeyxmus və digər dükan sahibləri qaçan oğruları bir arada küçədə tutaraq polis idarəsinə təslim edib.

Ortaç deyib: "Onlar əvvəl içəri girdi. Əşya alacaqdılar. Sonra iki yorğanımıza alıb apardılar. Mən də qarşı tərəfdə dayanırdım. Onları tutmağa başladım. Tacirlərin köməyi ilə onları yaxaladıq. 155-ə zəng elədik, polis gəlib oğruları apardı. Bunlar bizi rahat qoymur".

Digər tərəfdən, oğurluq anı iş yerinin təhlükəsizlik kameralarına düşüb.

Tural İsmayılov/ Metbuat.az

Maraqlıdır!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR