Şər, böhtan, qarayaxma üslübü ilə seçilən radikal düşərgə indi də öz leksikonunu küçə söyüşləri ilə zənginləşdirib. Milli.Az bildirir ki, adları indiyə qədər cəmiyyətə məlum olmayan şəxslərin simasında müxalifət özünə yeni silahdaşlar tapıb. Əslində, bu əxlaqsız mübarizə metodunun müxalif düşərgə üçün heç də yad olmadıgını göstərən yaxın keşmişdə kifayət qədər sübütlar var. Bunun üçün cəmiyyətə özünü ana müxalifət kimi sırımaga çalışan Əli Kərimli və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir. Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimlinin vaxtilə yayılmış videoları hələ də unudulmayıb. Bu şəxslərin təmsil olunduğu düşərgənin öz əxlaqsızlıqlarını siyasi mübarizə səhnəsinə daşıması ola bilsin ki, onlar üçün normal haldır. Adını siyasi mübarizə qoyub qarşılarındakı insanları küçə söyüşləri ilə təhqir edən bu insanlar onları ilk növbədə öz ailə üzvlərinin izlədiyinin yəqin ki, fərqindədirlər. Amma görünür onlar öz ailələrinə bunu da rəva görürlər.

Araşdırmalar göstərir ki, radikal düşərgə təmsilçiləri öz güclərini Avropadakı məlum antiazərbaycançı şəbəkədən alırlar və fəaliyyətlərini də buna uygün koordinasiya edirlər. Əxlaqı korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbligat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Amma maraqlısı odur ki, xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Bununla da mahiyyət etibarilə "ayaqyolu müxalifəti" funksiyasını daşıdıqlarını göstərirlər.

"Ayaqyolu müxalifəti"nə başçılıq edən Əli Kərimli və onun birbaşa nəzarətində olan cəbhə trolları da ən təhqiramiz ifadələrlə insanların heysiyyatına toxunurlar. Onlar üçün müqəddəs dəyərlər artıq yoxdur. Əxlaq problemləri mövcud olan bu şəbəkənin konkret missiyası var: bizi dəstəkləməyənlər düşmənlərimizdir. Ancaq bir əxlaqsızlıq, mənəviyyatsızlıq baş verdikdə isə bunu sosial şəbəkə vasitəsilə tirajlayırlar.

Vidadi İsgəndərli olayında cəbhə trollarının böyük canfəşanlıq etmələri bu baxımdan diqqətdən yaınmadı. Atasının qəbrinin təhqir olunması yalanı üzərində siyasi divident qazanmağa çalışan belə insanlardan başqa nə gözləmək olar?

Bu arada, AXCP sədri Əli Kərimlinin sosial şəbəkələr vasitəsilə insanlara təzyiq göstərəcək formada mitinqə çagırışları da diqqətdən yayınmır. Belə ki, cəbhə trollarını da işə salan Kərimli mitinqə qatılmaq istəməyən "Realçılar"ı, eləcə də digər müxalifət mənsublarını aşağılayan tərzdə təhqir edir. İş o yerə çatıb ki, hakimiyyət təmsilçilərini, ziyalıları, xalq artistlərini küçə söyüşləri ilə təhqir etməkdən, öz səviyyələrinə uygun kollajlardan belə çəkinmirlər. Şəxsi maraqları naminə bütün müqəddəs dəyərləri tapdalayan və antiazərbaycan şəbəkə ilə sıx iş birliyinə gedən bu destruktiv dairələr öz məqsədlərinə çatmaq üçün hər bir vasitəyə əl atırlar. Görünür, milli maraqlar qarşısında məsuliyyət hissi olmayan bu insanlar ictimai rəydə ikrah hissi doğuran iyrənc propoqanda metodları ilə gündəmdə qalmağa çalışırlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təhqir və əxlaqsızlıq radikal müxalifətin fəaliyyət prinsipinə çevrilib - VİDEOTəhqir və əxlaqsızlıq radikal müxalifətin fəaliyyət prinsipinə çevrilib