İrəvanda Serj Sarkisyana qarşı

Yerevanda Azadlıq meydanında "Ermənistan dövləti naminə" cəbhəsinin mitinqi başlayıb.

Metbuat.az-ın məlumatına görə, mitinq Serj Sarkisyanın baş nazir olacağına qarşı yönəlib. Oturaq etiraz aksiyaları, yürüşlər istisna olunmur.

Qeyd olunur ki, "Rejimin əbədiləşdirilməsinə qarşı, Ermənistan dövlətinin yaşadılması, siyasi məhbuslar və azadlıq naminə" etiraz aksiyaları həmçinin Strasburq, Loc-Anceles və Parisdə də keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR