““Qəbir avantürası”ndan dar siyasi məqsədlər üçün istifadə sabun köpüyü efffektini yaşadı”

Millət vəkili, politoloq Elman Nəsirov özünü hüquq müdafiəçisi kimi təqdim edən Vidadi İsgəndərovun yalanı ilə bağlı məlumat yayıb.

Metbuat.az həmin məlumatı təqdim edir: ““Qəbir avantürası” iflasa uğradı... Ədalət zəfər çaldı... Hörmətli oxucular, yəqin ki, söhbətin nədən getdiyinin fərqindəsiniz.. Eşitməmiş olmazsınız, bir neçə gün öncə özünü hüquq müdafiəçisi kimi təqdim edən Vidadi İsgəndərov özünəməxsus tərzdə hay-həşir saldı ki, “Vaveyla, şəriət əldən getdi... “Niyə, nə baş verib? Birbaşa ittiham: Bəs, Göyçayda atasının qəbri təhqir olunub. Növbəti ittiham: Bu əməli YAP-ın gənc üzvləri edib. İlk reaksiyam: Bu, mümkün deyil”.

Millət vəkili bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən seçilmiş deputat olaraq ittiham müəllifini seçki prosesindən yaxşı tanıdığım üçün, onun bu ağır ittihamına inanmasam da, istənilən halda zəruru araşdırmaların aparılmasının zəruruliyinin fərqində idim: “Obyektiv araşdırmalar özünü çox gözlətmədi. Müxtəlif səviyyələrdə - ittiham tərəfinin qohum-əqrəbasından tutmuş, vətəndaş cəmiyyəti institutları və jurnalistlər tərəfindən aparılmş araşdırmalar əsl həqiqəti üzə çıxardı. Təkzibedilməz faktlarla sübuta yetirildi ki, Vidadi İsgəndərovun atasının qəbri təhqir olunmayıb. İttiham tərəfinin YouTube-da təqdim etdiyi kadrların heç bir halda onun atasının qəbri ilə əlaqəsi yoxdur. Söhbət fərqli qəbirstanlıq və fərqli qəbirlərdən gedir. Maraqlananlar Göyçaya gəlib yerindəcə buna əmin ola bilərlər və ya YouTube-da bu fərqi konkret video təqdimatında izləyə bilərlər. Başqa sözlə, “Qəbir avantürası”ndan dar siyasi məqsədlər üçün istifadə sabun köpüyü efffektini yaşamalı oldu. İndi başqa suallar daha aktualdır. Bu, kimə lazım idi? Əsl məqsəd nə idi?

Əziz həmvətənlər, hesab edirik ki, bu hadisə ölkəmizdə mütəşəkkil şəkildə hazırlığın getdiyi, obyektivliyinə, şəffaflığına və demokratikliyinə heç bir şübhənin olmadığı mühüm siyasi hadisəyə - prezident seçkilərinə kölgə salmaq istəyən, tarixi nailiyyətimiz olan ictimai-siyasi sabitliyi və təhlükəsizlik mühini pozmağa çalışan, xaos və anarxiya istəyi ilə yaşayan, “bəlkə də qaytardılar” xülyası ilə nəfəs alan xarici anti-Azərbaycan siyasi dairələrə və onların əlində alətə çevrilmiş “sapı özümüzdın olan baltalar”a lazım idi. Bu nailiyyətlərimizin əsasında hakimiyyət-xalq birliyi dayanır. Bax, bu birliyi pozmaq üçün həmin qüvvələr dəridən-qabıqdan çıxır, ölçüyəgəlməz səviyyədə şər-böhtan kampaniyasına rəvac verir, tərbiyəsizlik, əxlaqsızlıq və şərəfsizliyin son nöqtəsinə enirlər. İlk növbədə o insanları hədəfə alırlar ki, onların müasir Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişafında xüsusi xidmətləri olsun. Artıq bu, bir aksiomdur ki, bu xəbis və satqın xislətli adamların hədəf nöqtəsinə heç vaxt özükimiləri düşə bilməz. Onların düşməni Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi sevən və qoruyan insanlardır.

Bu baxımdan antimilli ünsürlərin hədəfə aldığı şəxslər sırasında YAP-ın İcra katibinin müavini, Milli Məslisin İctimai Birliklər və Dini Qurumlarla İş Komitəsinin sədri Siyavuş Novruzovun da adını görəndə düzü təəccüblənmədim. Siyavuş müəllim müasir Azərbaycan dövlətçiliyinin banisi olan ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub. Bu gün də Heydər Əliyev ideyalarına sadiqliyi, dəyişməz əqidəsi, vətənpərvərlyi, milli ruhu, milli təəssübkeşliyi və cənab prezidentə sədaqəti ilə seçilir və bu baxımdan bir örnəkdir desək, səhv etmərik. Milli Məclisdə xüsusi hörmətə malikdir. Bu hörməti o, cəsarətli çıxışları, ədalətli mövqeyi, cəmiyyətdə böyük rəğbətlə qarşılanan təklifləri və bir çox hallarda antimilli ünsürlərlə bağlı səsləndirdiyi konstruktiv tənqidi fikirləri hesabına qazanıb. Elin gözü tərəzidir. Siyavuş müəllimin bu keyfiyyətləri onu el gözündə sevdirsə də, düşmən gözündə ona qarşı sonsuz nifrət doğurub. Hətta bu reallıqda belə o, böyüklük göstərərək düşmən mövqedə dayanan insanlara siyasi opponent kimi baxır və onları sivil mübarizəyə dəvət edir. Siyavuş müəllimin məlum hadisə ilə bağlı son bəyanatı da yuxarıda səsləndirdiyimiz fikirlərin məntiqi təsdiqi kimi də dəyərləndirilə bilər. Şübhə edənlər həmin bəyanatı bir də oxusa, pis olmaz.

Sonda onu da xüsusi olaraq vurğulayıram ki, ümummilli lider Heydər Əliyev mövqeyi olan insanlara həmişə hörmətlə yanaşırdı. Təsadüfi deyil ki, ulu öndərin silahdaşı olan Siyavuş Novruzov da məlum olayla bağlı verdiyi bəyanatda insanları konstruktiv mövqe bildirməyə, haqqın-ədalətin keşiyində dayanmağa səsləyir. Dostlar, gəlin hörmətli Siyavuş müəllimin bu çağırışına qoşulaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR