DƏHŞƏT! Helikopter dənizə belə düşdü

ABŞ-da baş verən dəhşətli helikopter qəzasının görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-york şəhərində bir vertolyot Şərq çayına düşüb. Qəzada 5 nəfərin öldüyü bildirilib.

Federal Aviasiya İdarəsi Queens ilə Manhattan arasında Ruzvelt Adasının şimalında yerli saat ilə 19.00 radələrində bir AS350 tipi sərnişin vertolyotunun birdən alçalaraq suya düşdüyünü açıqlayıb. Nyu-york Polis Təşkilatı ilə Yanğınsöndürmə Təşkilatı dəstələri axtarış xilas etmə işlərinə başlayıb.

New-York bələdiyyə sədri Bill də Blasio hadisəni eşidən qrupların bölgəyə sövq edildiyini və işlərə başladıqlarını bildirdi. Komandalar 1 nəfəri yaralı olaraq xilas edərək müalicə altına alıb, 5 nəfər isə ölüb.

Tural İsmayılov/ Metbuat.az

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR